bazar ertəsi, 25 avqust 2025

DÜNYA FUTBOLU

Çempionluğa real namizəd “İnter”dir

29.12.2020 12:40 Oxundu 446


 İtaliya A seriyasında cari mövsüm çempionluğa ən real namizəd “İnter”dir.

“CEMPİON.AZ” xəbər verir ki, çempionatda iştirak edən klubların baş məşqçiləri arasında aparılan sorğudan bu nəticə çıxıb.

20 klub çalışdırıcısından 16-sı sorğuda iştirak edib, 4 nəfər cavab verməkdən boyun qaçırıb. Səs verənlərdən 11-i “İnter”in Skudettonu qazanacağını düşünür. Hətta hazırda A seriyasına liderlik edən “Milan”ın baş məşqçisi Stefano Pioli də əzəli rəqiblərini favorit sayıb. “Milan” və “Yuventus” hərəyə 1 səs toplayıb.

Qeyd edək ki, hazırda “Milan” 34 xalla A seriyasına başçılıq edirsə, “İnter”in aktivində 33 xal var. “Yuventus” isə 24 xalla 6-cı pillədə qərarlaşıb.