bazar ertəsi, 25 avqust 2025

DÜNYA FUTBOLU

“Atletiko” polşalı hücumçunu istəyir

29.12.2020 13:51 Oxundu 410

İtaliyanın “Napoli” klubunun futbolçusu Arkadiuş Milik daha bir komandanın transfer hədəfinə çevrilib.

“CEMPİON.AZ” xəbər verir ki, İspaniya “Atletiko”su polşalı hücumçunu heyətində görmək istəyir.

Madridlilər forvardın keçidini qış transfer dövründə gerçəkləşdirmək fikrindədir. Polşa millisinin üzvü hücum xəttində Dieqo Kostanı əvəz etməlidir.

Qeyd edək ki, neapolluların cari mövsüm üçün iştirak ərizəsinə salmadığı hücumçu “Yuventus”un da maraq dairəsindədir.