bazar ertəsi, 25 avqust 2025

DÜNYA FUTBOLU

Kuman: “Messiyə  münasibətdə həmişə sakit olmuşam”

29.12.2020 14:28 Oxundu 415

“Barselona”nın baş məşqçisi Ronald Kuman Lionel Messinin PSJ-yə keçəcəyi haqda iddialara münasibət bildirib.

“CEMPİON.AZ”  “AS” nəşrinə istinadla yazır ki, holland mütəxəssis deyib: "Mən bilmirəm, Poçettinonun PSJ-yə keçəcəyi nə dərəcədə doğrudur. Əgər Messi gələcəyi haqda qərar versə, bu, məşqçidən asılı olmayacaq. Ona münasibətdə həmişə sakit olmuşam. Biz onunla 2 ay sonra danışıq aparacağıq. İndi isə həyəcanlanmağa əsas yoxdur”.

Xatırladaq ki, 33 yaşlı Messinin “Barselona” ilə müqaviləsinin müddəti bu mövsümün sonunda başa çatır.