29.12.2020 15:24
414


"Real"ın yarımmüdafiəçisi İsko yay transfer pəncərəsində komandadan ayrılacaq.
“CEMPİON.AZ” "AS"a istinadən xəbər verir ki, 28 yaşlı oyunçu klubda olduğu müddətdə onu daha çox dəstəkləyən baş məşqçi Xulen Lopeteqi ilə çalışmaq üçün "Sevilya"ya keçmək qərarına gəlib. Bildirilib ki, Madrid təmsilçisi İsko ilə mövsümün sonunda yolları ayırmağa hazırdır və onun satışından 15-20 milyon avro qazanmağı düşünür.
Qeyd edək ki, İsko 2013-cü ildən "Real"da oynayır.