29.12.2020 16:23
468


"Atletiko"nun hücumçusu Dieqo Kosta yenidən Premyer Liqaya qayıda bilər .
“CEMPİON.AZ" "AS"a istinadən xəbər verir ki, "Arsenal" 32 yaşlı oyunçu maraqlanır. İspan futbolçu bir müddət əvvəl şəxsi problemlərinə görə Madrid klubundan müqaviləni ləğv etməsini istəyib.
London təmsilçisinin Kostanın azad agent kimi transfer edə biləcəyini vurğulanıb.
Kosta Çin və Braziliya klublarından da təklifləri alıb.
Qeyd edək ki, Dieqo 2014-2017-ci illərdə "Çelsi"də oynayıb. O, bu mövsüm La Liqada 7 oyun keçirib və 2 qol vurub.