29.12.2020 17:35
539


İngiltərənin “Kristal Pelas” klubunun hücumçusu Vilfred Zaha ilk dəfə bu ölkədən kənarda çıxış edə bilər.
“CEMPİON.AZ” xəbər verir ki, 28 yaşlı forvardın İtaliyaya köçmək variantı yaranıb.
Çünki “Milan” Fil Dişi Sahili millisinin üzvünün transferində maraqlıdır. Əsas qolçu Zlatan İbrahimoviçin yaşının çox olmasını və zədələnməsini nəzərə alan “rossonyerlər” yanvarda Zahanı heyətinə cəlb etmək niyyətindədir. Futbolçu həmçinin PSJ və Dortmund “Borussiya”sının gündəmindədir.
Qeyd edək ki, “Kristal Pelas”ın yetirməsi olan Vilfred Zaha həmçinin “Mançester Yunayted” və “Kardiff”də də çıxış edib.