bazar ertəsi, 25 avqust 2025

DÜNYA FUTBOLU

"Barselona" qələbə qazana bilmədi

30.12.2020 10:01 Oxundu 400


"Barselona" La Liqada növbəti oyuna çıxıb.

“CEMPİON.AZ” xəbər verir ki, Kataloniya klubu kapitanı Lionel Messinin oynamadığı 16-cı turda "Eybar"ı qəbul edib. Matç 1:1 hesabı ilə başa çatıb.

"Barselona" - "Eybar"  - 1:1
Qollar: Kike, 57 (0:1), Dembele, 67 (1:1)

Bu nəticədən sonra Kataloniya təmsilçisi 25 xalla 6-cı pillədə qərarlaşıb. Turnir cədvəlinə 32 xalla (13 oyun) "Atletiko" başçılıq edir. "Real" 32 xalla (15 oyun) 2-ci, "Real Sosyedad"  26 xalla 3-cüdür.