bazar ertəsi, 25 avqust 2025

DÜNYA FUTBOLU

“Barsa” 15 oyuna 25 xal toplayıb

30.12.2020 11:22 Oxundu 429

İspaniya La Liqasının XVI turunda “Eybar”la qarşılaşan “Barselona” rəqibi ilə heç-heçə edib – 1:1.

“CEMPİON.AZ” xəbər verir ki, 15 oyunda 25 xal toplayan kataloniyalılar turnir cədvəlinin 6-cl pilləsində qərarlaşıb.

Bu, son 17 ilin ən uğursuz göstəricisidir. Komanda axırıncı dəfə 2003/04 mövsümündə Frank Raykardın rəhbərliyi altında keçirdiyi 14 görüşdə 20 xal toplamışdı. Həmin tarixdən bəri “Barsa” mövsümə ən uğursuz startını götürüb.

Qeyd edək ki, “Barselona” 2003/04 mövsümnü 72 xalla ikinci pillədə tamamlayıb.