bazar ertəsi, 25 avqust 2025

DÜNYA FUTBOLU

Millidə yeni baş məşqçi

30.12.2020 11:56 Oxundu 463

Monteneqro milli komandasının baş məşqçisi müəyyənləşib.

“CEMPİON.AZ” xəbər verir ki, yığmanın “sükanı arxası”na Miodraq Raduloviç keçib.

53 yaşlı mütəxəssislə müqavilə 2021-ci ilin əvvəlində imzalanacaq. Anlaşma 2021-ci ilin sonunadək nəzərdə tutulub. Livan, Myanma millisi, “Buduçnost” və “Atlrau” klublarını çalışdırmış Raduloviç baş məşqçi postunda Faruk Hadzibeqiçi əvəzləyib.

Qeyd edək ki, Monteneqro Millətlər Liqasında Azərbaycan yığmasının rəqibi olub. Balkanlılar C liqasının 1-ci qrupunun qalibi olaraq B liqasına yüksəlib.