bazar ertəsi, 25 avqust 2025

DÜNYA FUTBOLU

“Tottenhem”in istədiyi futbolçu “Brügge”ni seçdi

30.12.2020 14:39 Oxundu 439

Almaniyanın “Ayntraxt” klubunun futbolçusu Bas Dostun yeni komandası müəyyənləşib.

“CEMPİON.AZ” xəbər verir ki, neçə vaxtdır İngiltərə “Tottenhem”inin maraq dairəsində olan 31 yaşlı hücumçu Belçikaya üz tutub.

O, karyerasına “Brügge”də davam etdirəcək. Əvvəllər “Sportinq” və “Volfsburq”da da çıxış etmiş forvard sabitliyi ilə seçilir.

Qeyd edək ki, Bas cari mövsüm 12 oyunda 4 qol vurub.