bazar ertəsi, 25 avqust 2025

DÜNYA FUTBOLU

“Yuventus” Özilin transferini inkar etdi

30.12.2020 18:33 Oxundu 440

İngiltərənin “Arsenal” klubunun futbolçusu Məsut Özil İtaliya təmsilçisi “Yuventus”a keçməyəcək.

“CEMPİON.AZ” xəbər verir ki, bu barədə İtaliya KİV-i məlumat yayıb.

Bildirilib ki, “Yuventus”un Türkiyə əsilli oyunçu ilə maraqlanması xəbəri yalandır. “Qoca sinyora” 32 yaşlı pleymeykeri heyətinə cəlb etmək fikrində deyil və onunla heç bir danışıq aparmayıb.

Qeyd edək ki, “Arsenal”la müqavilə müddəti mövsümün sonuna qədər olan Özilin xidmətində ən çox maraqlı olan klub Türkiyə təmsilçisi “Fənərbaxça”dır.