bazar ertəsi, 25 avqust 2025

DÜNYA FUTBOLU

Solarinin yeni iş yeri məlum oldu

30.12.2020 20:51 Oxundu 466

İspaniyanın “Real” klubunun sabiq baş məşqçisi Santyaqo Solarinin yeni iş yeri məlum olub.

“CEMPİON.AZ” xəbər verir ki, mütəxəssis karyerasını Meksikada davam etdirəcək.

44 yaşlı argentinalı “Amerika” klubunun baş məşqçisi təyin olunub. Solari Meksika təmsilçisi ilə 2 illik müqavilə imzalayıb.
2018-ci ilin oktyabrından 2019-cu ilin martınadək “Real”a rəhbərlik edən cənubi amerikalının son iş yeri Madrid təmsilçisi olub. O, “Amerika”da istefaya göndərilən Migel Erreranı əvəzləyib.