bazar ertəsi, 25 avqust 2025

DÜNYA FUTBOLU

Xedira Premyer Liqa klubunun hədəfində

30.12.2020 21:18 Oxundu 449

İngiltərənin “Everton” klubu Sami Xediranın keçidi ilə bağlı danışıqlara başlayıb.

“CEMPİON.AZ” xəbər verir ki, Premyer Liqa təmsilçisi İtaliya “Yuventus”unun yarımmüdafiəçisini qış transfer dövründə heyətinə qatmaq istəyir.
33 yaşlı almaniyalı Liverpul təmsilçisində Karlo Ançelottinin rəhbərliyi altında oynamaq niyyətindədir. Onun Turin təmsilçisi ilə müqaviləsi 2021-ci ildə başa çatacaq.

Qeyd edək ki, Xedira cari mövsümdə meydana çıxmayıb.