bazar ertəsi, 25 avqust 2025

DÜNYA FUTBOLU

“Yuventus” sponsorla yeni müqavilə imzalayıb

30.12.2020 23:48 Oxundu 410

İtaliyanın “Yuventus” klubu yeni sponsorluq müqaviləsi imzalayıb.

“CEMPİON.AZ” xəbər verir ki, Turin təmsilçisi “Jeep” brendinin sahibi “FCA Italy SpA” şirkəti ilə anlaşmanı davam etdirəcək.

Növbəti üç mövsüm üçün nəzərdə tutulan müqavilə 2024-cü ilin yayında başa çatacaq. Klub hər mövsüm 45 milyon avro alacaq. Müəyyən nəticələr qarşılığında əlavə bonuslar da əldə ediləcək.

Qeyd edək ki, “Jeep” 2012-ci ildən “Yuventus”un titul sponsorudur.