bazar ertəsi, 25 avqust 2025

DÜNYA FUTBOLU

Modriç başla ilk qolunu vurdu

31.12.2020 14:27 Oxundu 460


La Liqanın 16-cı turunda “Elçe” ilə matç (1:1) “Real”ın yarımmüdafiəçisi Luka Modriç üçün əlamətdar olub.

“CEMPİON.AZ” “Opta Sports”a istinadən xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi 20-ci dəqiqədə rəqibini başla vurduğu zərbə ilə məyus edib. Bu isə Madrid təmsilçisinin heyətində 364 matça çıxan xorvatiyalı oyunçunun başla vurduğu ilk qol olub.

Modriç ümumilikdə “Real”ın heyətidə 26 dəfə fərqlənməyi bacarıb.

Qeyd edək ki, Modriç 2012-ci ildən “kral klubu”nda çıxış  edir. O, bu müddət ərzində komandası ilə 4 Çempionlar Liqası, 2 İspaniya çempionluğu da daxil olmaqla, 17 kubok qazanıb.