bazar ertəsi, 25 avqust 2025

DÜNYA FUTBOLU

Zlatanın zədəsi sağalmayıb

31.12.2020 16:34 Oxundu 483

“Milan”ın futbolçularından hücumçu Zlatan İbrahimoviç, yarımmüdafiəçilər İsmail Bennaser və Aleksis Salamakers hələ də zədəsini bərpa etməyiblər.

“CEMPİON.AZ”  “Football İtalia”ya istinadən xəbər verir ki,  hər 3 oyunçu ən az 10 gün yaşıl meydanlardan kənarda qalacaq.

İbrahimoviçin əzələ dartılmasından əziyyət çəkdiyi bildirilib. Gələn həftə əlavə testlərdən keçəcək Bennasserə də eyni diaqnozu qoyulub. Salemakersin isə sol bud nahiyəsindən zədə problemi yaşadığı bildirilib.

Qeyd edək ki, “Milan” A seriyasının turnir cədvəlində 34 xalla liderdir.