bazar ertəsi, 25 avqust 2025

DÜNYA FUTBOLU

De Biazi: “Gənclərə şans vermək lazımdır”

01.01.2021 17:48 Oxundu 480


Millimizin baş məşqçisi Canni De Biazi İtaliya mətbuatına müsahibə verib.

“CEMPİON.AZ” xəbər verir ki, italiyalı mütəxəssis müsahibə zaman gənc futbolçulardan da danışıb:

"Biz gənclərin keyfiyyətlərindən yararlanmağa cəhd etmək üçün cəsarət toplamalıyıq. Artıq gənclərə şans vermək lazımdır. Məsələ burasındadır ki, onları oyuna cəlb etməkdə çətinlik çəkirik və bu, milli komandaya da təsir edir. Torino"da ikən klub prezidenti Umberto Kayroya da deyib: "Mən gənclərdən ibarət kollektiv formalaşdıraraq, "Torino"nu sıfırdan qurmaq istəyirdim. Amma həmin vaxt bir şey çıxmadı. İndi isə komandanın heyətində 20 yaşlı vinger Vilfrid Sinqonu bəyənirəm. Ona güvənmək lazımdır".