bazar ertəsi, 25 avqust 2025

DÜNYA FUTBOLU

“Qalatasaray” “Barselona”dan futbolçu transfer edə bilər

01.01.2021 18:41 Oxundu 414

İspaniyanın “Barselona” klubunun yarımmüdafiəçisi Karles Alenanın Türkiyəyə köçmək variantı yaranıb.

“CEMPİON.AZ” xəbər verir ki, “Qalatasaray” gənc oyunçunun transferində maraqlıdır.

“Cim-bom”un baş məşqçisi Fatih Terim oyunçunun icarəyə götürülməsi üçün rəhbərliyə təlimat verib. 22 yaşlı futbolçu özü də oyun şansı əldə etmədiyi üçün ayrılmaqda maraqlıdır. Ancaq onun keçidində həmçinin “Xetafe” maraqlıdır. Kataloniyalılar heyətə yeni oyunçu cəlb edərsə, qış fasiləsində Alenanın icarə əsasında gedişinə mane olmayacaq.

Qeyd edək ki, Karles Alena cari mövsüm La Liqada cəmi 2 matçda iştirak edib.