bazar ertəsi, 25 avqust 2025

DÜNYA FUTBOLU

“Çelsi” ili qazancla başa vurdu

01.01.2021 23:30 Oxundu 446

“Çelsi” 2020-ci ildəki qazancını açıqlayıb.

“CEMPİON.AZ” xəbər verir ki, bu haqda klubun saytı məlumat yayıb. “Zadəganlar” koronavirus pandemiyasına və yay transfer dönəmində ciddi xərcləməyə baxmayaraq, qazanc əldə etməyi bacarıb.

“Çelsi”nin 2020-ci ildə ümumi qazancı 32,5 milyon funt-sterlinq olub. Pandemiyaya görə klubun dövriyyəsi 446,7 milyon funt-sterlinqdən 407,4 milyona düşüb.

Qeyd edək ki, bundan əvvəl İspaniyanın “Barselona” klubu il ərzində 100 milyon avro ziyana getdiyini açıqlayıb.