02.01.2021 11:35
470


CİES futbol observatoriyası 2020-ci ildə ən çox uğurlu driblinq edən futbolçuların siyahısını açıqlayıb.
“CEMPİON.AZ” xəbər verir ki, araşdırma Avropanın “Top-5” liqasındakı futbolçuları arasında aparılıb.
Siyahıya “Barselona”nın kapitanı Lionel Messi başçılıq edir. Argentinalı futbolçu 166 dəfə rəqiblərini məharətlə keçməyi bacarıb. Leonu “Vulverhempton”da çıxış edən Adama Traore izləyib. İlk “üçlüy”ü “Sassuolo”nun üzvü Jeremi Boqa qapayıb.
PSJ-nin lideri Neymar 5-ci sırada qərarlaşıbsa, “Yuventus”un qol silahı Kriştianu Ronaldo ilk “10-luğ”a düşə bilməyib.
Ən çox uğurlu driblinq edənlər:
1. Lionel Messi (“Barselona”) - 166 driblinq
2. Adama Traore (“Vulverhempton”) - 112
3. Jeremi Boqa ("Sassuolo") - 96
4. Allan Sen-Maksimen (“Nyukasl”) - 95
5-6. Neymar (PSJ) - 81
5-6. Vilfrid Zaha (“Kristal Pelas”) - 81
7. Andre-Frank Zambo-Anqissa (“Fulhem”) - 79
8. Lüdovik Blas (“Nant") - 78
9. Mateus Kunya (“Herta”) - 77
10. Nabil Fekir (“Betis”) - 76