02.01.2021 12:38
427


2020-ci ildə ən çox dəyər itirən futbolçuların adları açıqlanıb.
“CEMPİON.AZ” xəbər verir ki, bir il əvvəllə müqayisədə dünya ulduzlarının çoxunun transfer qiyməti azalıb.
Ən çox dəyərdən düşən oyunçu “Real”ın hücumçusu Eden Azardır. Belçikalı ulduz futbolçunun transfer qiyməti 60 milyon avro enib.
Ən çox dəyər itirənlər:
Eden Azar (“Real” - 60 milyon avro itirib / dəyəri 60 milyondur
Kristian Eriksen (“İnter” - 55 / 35 milyon)
Dele Alli (“Tottenhem” - 52 / 38 milyon)
Rahim Sterlinq (“Mançester Siti” - 50 / 110 milyon)
Kepa Arrizabalaqa (“Çelsi” - 45 / 15 milyon)
Lionel Messi (“Barselona” - 40 / 100 milyon)
Antuan Qrizmann (“Barselona” - 40 / 80 milyon)
Nqolo Kante (“Çelsi” - 40 / 60 milyon)
Pol Poqba (“Mançester Yunayted” - 35 / 65 milyon)
Aleksander Lyakazett (“Arsenal” - 35 / 35 milyon).