02.01.2021 15:47
427


İngiltərənin “Lester” klubunun futbolçusu Demaray Qrey karyerasını Fransa Liqa1-də davam etdirə bilər.
“CEMPİON.AZ” xəbər verir ki, 24 yaşlı hücumçu iki klubun maraq dairəsinə düşüb.
“Marsel”lə “Monako” ingiltərəli forvardı heyətində görmək istəyir. Yayda müqaviləsi başa çatacaq Qreyin qış transfer dövründə komandasını dəyişəcəyi gözlənilir.
Qeyd edək ki, hücumçu cari mövsümdə 2 oyunda meydana çıxıb.