02.01.2021 20:26
457

"Qarabağ" gənc futbolçusu Musa Qurbanlını icarəyə verib.
“CEMPİON.AZ” xəbər verir ki, bu haqda klubun rəsmi sosial şəbəkə hesabları məlumat yayıb. Musa Qurbanlı oyun praktikasını artırmaq üçün mövsümün sonuna qədər icarə əsasında "Zirə"də çıxış edəcək.
Qurbanlı bu mövsüm Premyer Liqada 5 oyunda meydanda olub və 1 qolla yadda qalıb.