bazar ertəsi, 25 avqust 2025

DÜNYA FUTBOLU

Robin Olsen “Everton”un qapısını qoruya bilər

02.01.2021 21:43 Oxundu 453


İngiltərənin “Everton” klubu qapıçı transferi ilə bağlı danışıqlara başlayıb.

“CEMPİON.AZ” xəbər verir ki, Premyer Liqa təmsilçisi İtaliya “Roma”sından icarəyə götürdüyü Robin Olsenin keçidini həll etməyə yaxındır.

Liverpullular isveçli qolkiper üçün 6,5 milyon avro ödəməyə hazırdır. “Everton” rəhbərliyi icarə əsasında komandada özünü yaxşı tərəfdən göstərən Olsenin çıxışından razı qalıb. Qolkiperin özünə 3 illik müqavilə təklif edib.

Qeyd edək ki, Robin cari mövsümdə “Everton”da 3 oyun keçirib.