çərşənbə, 25 mart 2026

DÜNYA FUTBOLU

“İnter” satılır

02.01.2021 22:39 Oxundu 465

İtaliyanın “İnter” klubu sahibini dəyişir.

“CEMPİON.AZ” xəbər verir ki, Milan təmsilçisinin sahibi Stiven Çjan klubu satmağa qərar verib.

O, “İnter”ın səhmlərinin satışı üçün müştərilərin tapmağı tapşırıb. İlkin mərhələdə kluba kiçik səhmdarların cəlb edilməsi nəzərdə tutulub. Lakin iş adamının klubun böyük hissəsini də satacağı istisna deyil.

Qeyd edək ki, Çjan 2016-cı ildən “İnter”in sahibidir.