çərşənbə, 25 mart 2026

DÜNYA FUTBOLU

“Yuventus” hücum xəttinə futbolçu gətirir

02.01.2021 23:41 Oxundu 456

İtaliyanın “Yuventus” klubu qış transfer dövründə heyətinə yeni hücumçu qatacaq.

“CEMPİON.AZ” xəbər verir ki, Turin təmsilçisi Qratsiano Pelleni sıralarına qatmaqda maraqlıdır.

35 yaşlı veteran forvard azad agent statusuna malikdir. Son klubu Çin təmsilçisi “Şandun Lunen” olan Qratsiano turinlilərin ehtiyat hücumçusu olmalıdır.

Qeyd edək ki, Pellenin xidmətində digər İtaliya klubu “İnter” də maraqlıdır.