03.01.2021 11:42
442


İspaniya La Liqasında 17-ci tura start verilib.
“CEMPİON.AZ” xəbər verir ki, ilk oyun günündə 4 matç keçirilib.
“Real” “Selta”nı qəbul edib. Madrid təmsilçisi 2 cavabsız qolla liderliyi ələ keçirib.
Sevilya derbisində qollu heç-heçə qeydə alınıb. “Betis”lə “Sevilya” hərəyə 1 qol vurub.
2 yanvar
İspaniya La Liqası, 17-ci tur
“Vilyarreal” – “Levante” – 2:1
Qollar:Ninyo, 19, Moreno, 64 – Leon, 73
“Betis” – “Sevilya” – 1:1
Qollar:Kanales, 53 (pen.) – Suso, 48
“Xetafe” – “Valyadolid” – 0:1
Qol: Veysman, 37
“Real” – “Selta” – 2:0
Qol:Vaskes, 6, Asensio, 53
Liderliyə yüksələn "Real"ın (17 oyun) 36 xalı var. "Atletiko" (14) 35 xalla 2-ci, "Real Sosyedad" (17) 29 xalla 3-cüdür.