bazar ertəsi, 25 avqust 2025

DÜNYA FUTBOLU

“Tottenhem” evdə “Arsenal” səfərdə qələbə qazandı

03.01.2021 12:26 Oxundu 436

İngiltərə Premyer Liqasında 17-ci tur davam edir.

“CEMPİON.AZ” xəbər verir ki, son oyun günündə 4 matç keçirilib.

“Tottenhem” evdə “Lids”i böyük hesabla udub. “Kristal Pelas” öz meydanında “Şeffild Yunayted”dən üstün olub.
“Brayton” - “Vulverhempton” matçında 6 qol vurulsa da, qalib müəyyənləşməyib. “Arsenal” isə “Vest Bromviç”ı darmadağın edib.

2 yanvar

İngiltərə Premyer Liqası, 17-ci tur

“Tottenhem” – “Lids” – 3:0
Qollar: Keyn, 29 (pen.), Son, 43, Alderveyreld, 50

“Kristal Pelas” – “Şeffild Yunayted” – 2:0
Qol: Şlup, 4, Eze, 45+6

“Brayton” – “Vulverhempton” – 3:3
Qollar:Konnoli, 13, Maupay, 46, Dank, 70 – Says, 19, Bum, 34 (avtoqol), Neves, 44 (pen.)

“Vest Bromviç” – “Arsenal” – 0:4
Qollar:Terni, 23, Saka, 28, Lakazet, 60, 64

Qeyd edək ki, turnir cədvəlinə 33 xalla "Liverpul" başçılıq edir. 2-ci pillənin sahibi "Mançester Yunayted"in də xalları eynidir. "Tottenhem", "Lester" və "Everton" 29 xalla müvafiq olaraq 3, 4 və 5-ci yerləri bölüşürlər. "Arsenal" 23 xalla 11-cidir.