bazar ertəsi, 25 avqust 2025

ŞAHMAT

Teymur Rəcəbov yenə də Levon Aronyanı məğlub etdi

03.01.2021 09:52 Oxundu 582

Onlayn formatda blits şahmat üzrə “Airthings Masters” turnirində iştirak edən azərbaycanlı qrossmeyster Teymur Rəcəbov finalda ilk görüşünü keçirib.

“CEMPİON.AZ” xəbər verir ki, 33 yaşlı qrossmeyster Ermənistan təmsilçisi Levon Aronyanla qarşılaşıb. Millimizin üzvü bu mərhələdə erməni rəqibi üzərində 2,5,:1,5 hesabı ilə qələbə qazanıb.

Sabah Rəcəbovla Aronyan arasında ikinci matç keçiriləcək.

Qeyd edək ki, turnirə yanvarın 3-də yekun vurulacaq. Mükafat fondu 200 000 min ABŞ dolları olan yarışın qalibi 60 000 ABŞ dolları qazanacaq.