bazar ertəsi, 25 avqust 2025

DÜNYA FUTBOLU

“Real” Ramosu razı sala bilmir

03.01.2021 13:34 Oxundu 435


"Real” kapitanı Serxio Ramosla yeni müqavilə imzalamaq üçün razılıq əldə edə bilmir.

“CEMPİON.AZ” AS-a istinadən xəbər verir ki, 34 yaşlı müdafiəçi ilə Madrid təmsilçisi maddi məsələlərdə anlaşa bilmir. “Kral klubu” koronavirus pandemiyasının büdcədə yaratdığı problemlərə görə futbolçuların maaşlarında ikinci dəfə kəsinti etmək niyyətindədir. “Real” Ramosla müqaviləni uzadarsa, bu sözləşmənin bəndlərində öz əksini tapacaq.

Qeyd edək ki, bu mövsüm Ramos bütün turnirlərdə 15 oyun keçirib, 3 qol vurub və 1 qolun  ötürməsini verib.