03.01.2021 14:38
415

İtaliyanın “İnter” klubu futbolçusu Kristian Eriksenə müştəri axtarır.
“CEMPİON.AZ” xəbər verir ki, A seriyası təmsilçisi yarımmüdafiəçini iki kluba təklif edib.
Transferdən yaxşı qazanmaq niyyətində olan milanlılar Erikseni İspaniya klubları “Real” və “Atletiko”ya satmaq istəyir. Lakin koronavirus pandemiyasına görə maliyyə durumu idealdan uzaq olan Madrid təmsilçilərinin bu təklifi qəbul etməsi inandırıcı görünmür.
Qeyd edək ki, Kristian cari mövsüm A seriyasında 8 oyun keçirib.