bazar ertəsi, 25 avqust 2025

DÜNYA FUTBOLU

“Bayer” məğlub oldu, “Leypsiq”dən qələbə

03.01.2021 15:22 Oxundu 427

Almaniya Bundesliqasında XIV tur başlayıb.

“CEMPİON.AZ” xəbər verir ki, turun ilk günündə 7 matç baş tutub.

2021-ci ilin ilk oyun günü mövsümə iddialı başlayan “Bayer”in uğursuzluğu ilə diqqət çəkib. Leverkuzenlilər “Ayntraxt”a uduzaraq zirvəni ən azı bir günlük ələ keçirmək imkanını qaçırıb. Qələbə həsrəti davam edən “Şalke” bu dəfə “Herta”ya “boyun əyib”.
Digər qarşılaşmalarda qonaqlar üç xala sevinib. “Ştutqart”ın qonağı olan “Leypsiq” səfər qələbəsi ilə turnir cədvəlinin 1-ci pilləsinə yüksəlib. 
 
Avrokuboklara vəsiqə zonasında qərarlaşan “Union” səfərdə “Verder”ə iki cavabsız qolla qalib gəlib. Qonaqlar üçün uğurlu gündə “Frayburq” “Hoffenhaym”ı, Mönhenqladbax “Borussiya”sı “Arminiya”nı, “Auqsburq” “Köln”ü üstələyib.

Qeyd edək ki, tura yanvarın 3-də yekun vurulacaq.

Almaniya Bundesliqası
XIV tur
2 yanvar
“Köln” – “Auqsburq” – 0:1
Yaqo, 77
“Arminiya” – “Borussiya” M – 0:1
Embolo, 58
“Ayntraxt” – “Bayer” – 2:1
Yunes, 22, Tapsoba, 54 (avtoqol) – Amiri, 10
“Hoffenhaym” – “Frayburq” – 1:3
Bebu, 58 – Santamariya, 7, Qrifo, 34 (pen.), Adams, 42 (avtoqol)
“Verder” – “Union” – 0:2
Bekker, 12, Avoniyi, 28
“Herta” – “Şalke” – 3:0
Qunduzi, 36, Kordoba, 53, Piontek, 80
“Ştutqart” – “Leypsiq” – 0:1
Olmo, 67
 
1 Leypsiq 14 9 4 1 25-9 31
2 Bavariya 13 9 3 1 39-19 30
3 Bayer 14 8 4 2 29-14 28
4 Union 14 6 6 2 29-18 24
5 Volfsburq 13 6 6 1 20-13 24
6 Borussiya D 13 7 1 5 26-18 22
7 Borussiya M 14 5 6 3 25-22 21
8 Ayntraxt 14 4 8 2 23-23 20
9 Frayburq 14 5 5 4 23-24 20
10 Auqsburq 14 5 4 5 16-19 19
11 Ştutqart 14 4 6 4 26-21 18
12 Herta 14 4 4 6 23-24 16
13 Hoffenhaym 14 4 3 7 22-26 15
14 Verder 14 3 5 6 16-23 14
15 Köln 14 2 5 7 13-22 11
16 Arminiya 14 3 1 10 9-24 10
17 Mayns 13 1 3 9 12-26 6
18 Şalke 14 0 4 10 8-39 4