bazar ertəsi, 25 avqust 2025

DÜNYA FUTBOLU

Ronaldonun rekordunu təkrarlayıb

03.01.2021 23:31 Oxundu 420

“İnter”in futbolçusu Romelu Lukaku klub rekordunu təkrarlayıb.

“CEMPİON.AZ” İtaliya mətbuatına istinadən xəbər verir ki,  27 yaşlı hücumçu buna A Seriyasının 15-ci turunda “Krotone” ilə matçda (6:2) fərqlənməklə nail olub. Belçika millisinin də üzvü olan oyunçu Milan təmsilçisinin heyətində çıxdığı 70 qarşılaşmada vurduğu qolların sayını 50-yə çatdırıb. Bu isə klub üçün ən yaxşı göstərici hesab edilir. Beləliklə, Lukaku brazliyalı əfsanəfi futbolçu Ronaldonun rekordunu təkrarlayıb.

Qeyd edəki, Lukaku bu mövsüm 14 oyuna çıxıb və 12 qol vurub.