03.01.2021 22:12
397


İspaniya La Liqasında 17-ci turun oyunları davam edir.
“CEMPİON.AZ” xəbər verir ki, bu gün "Atletiko" səfərdə "Alaves"lə qarşılaşıb. Madrid klubu görüşün 90-cı dəqiqəsində Luis Suaresin vurduğu qol sayəsində 2:1 qalib gəlib.
Dieqo Simeonenin komandası bu qələbə ilə xallarını 38-ə çatdıraraq yenidən liderliyə yüksəlib. "Real" 36 xalla 2-cidir.
"Alaves" - "Atletiko" - 1:2
Qollar: Llorente, 41 (0:1), Felipe, 84-avtoqol (1:1), Suares, 90 (1:2)