bazar ertəsi, 25 avqust 2025

DÜNYA FUTBOLU

15 matç, 37 xal

04.01.2021 11:06 Oxundu 449

İtaliya “Milan”ı klub tarixinin rekorduna imza atıb.

“CEMPİON.AZ” xəbər verir ki, A seriyasının XV turunda “Benevento”ya 2:0 hesabı ilə qalib gələn Stefano Piolinin yetirmələri aktivini 37 xala çatdırıb.

Bu, klub tarixinin yeni rekordudur. Milanın eyniadlı təmsilçisi startdakı 15 matçdan sonra heç vaxt bu qədər çox xal yığmayıb. Düzdür, 1994-cü ilə qədər qələbəyə 2 xal verildiyi dövrdə “rossonyeri” maksimum 30 xal toplaya bilərdi. Sonrakı 27 ildə isə indiki nəticə ilk dəfə təsadüf olunur.

Qeyd edək ki, “Milan” A seriyasında 27 oyundur uduzmur.