04.01.2021 12:39
437

"Atletik" baş məşqçisi Qaiski Qaritanonu istefaya göndərib.
“CEMPİON.AZ” klubun saytına istinadən xəbər verir ki, komandanın La Liqanın 17-ci turunda "Elçe"yə 0:1 hesablı məğlubiyyətindən sonra bu qərar verilib.
Qeyd edək ki, Qaritano 2018-ci ilin dekabrından "Atletik"i çalışdırıdırırdı. Bilbao təmsilçisi hazırda La Liqada 21 xalla 9-cu pillədə qərarlaşıb.
Əlavə edək ki, kluba "Valensiya"nın sabiq çalışdırıcısı Marselino Toralın baş məşqçi təyin olunacağı gözlənilir.