bazar ertəsi, 25 avqust 2025

DÜNYA FUTBOLU

Ən yaxşı ikinci bombardirdir

04.01.2021 14:47 Oxundu 451

"Yuventus"un futbolçusu Kriştiano Ronaldo üçün İtaliya A seriyasının 15-ci turunda "Udineze" ilə matç (4:1) əlamətdar olub.

“CEMPİON.AZ” "Sportbibble.com"a istinadən xəbər verir ki, portuqaliyalı hücumçu sözügedən oyunda dubla imza ataraq rəsmi görüşlərdə vurduğu qolların sayını 758-ə yüksəldib. Bununla da o, Peleni (812 oyunda 757 qol) geridə qoyub. Beləliklə, 35 yaşlı oyunçu hazırda futbol tarixinin ən yaxşı ikinci bombardiridir.

Bu göstəricidə rekord 1931-1955-ci illərdə 759 qol vuran çexiyalı hücumçu Jozef Biçana məxsusdur.