04.01.2021 17:28
424


Azərbaycanlı futbolçu Nicat Qurbanov Gürcüstanın “Samtrediya” klubundan ayrılıb.
“CEMPİON.AZ” xəbər verir ki, bu barədə klubun rəsmi Feysbuk səhifəsi məlumat yayıb.
“Samtrediya” 28 yaşlı yarımmüdafiəçinin yeni klubunun adını da açıqlayıb. Qurbanovun karyerasını “Keşlə”də davam etdirəcəyi bildirilib. Hələlik paytaxt klubu bu transferlə bağlı rəsmi məlumat yaymayıb.
Qeyd edək ki, Nicat Qurbanov 2019-cu ildən “Samtrediya”da çıxış edirdi.