bazar ertəsi, 25 avqust 2025

DÜNYA FUTBOLU

“Mançester Yunayted”də yeni köməkçi

04.01.2021 23:44 Oxundu 456


“Mançester Yunayted”in məşqçilər korpusunda dəyişiklik baş verib.

“CEMPİON.AZ” klubun rəsmi saytına istinadən xəbər verir ki, komandanın keçmiş yarımmüdafiəçisi Darren Fletçer “qırmızı şeytanlar”a məşqçi təyin olunub. O, Ole-Qunnar Sulşerin köməkçisi kimi fəaliyyət göstərəcək.

36 yaşlı şotlandiyalı veteran futbolçu bunadək klubun U-16 komandasında çalışıb.

Qeyd edək ki, Fletçer 2003-15-ci illərdə “Mançester Yunayted”də oynayıb. O, bu müddət ərzində 340 oyun keçirib.