bazar ertəsi, 25 avqust 2025

DÜNYA FUTBOLU

“Arsenal” müdafiəçini göndərdi

05.01.2021 16:54 Oxundu 462

İngiltərənin “Arsenal” klubunun futbolçusu Vilyam Salib karyerasını Fransada davam etdirəcək.

“CEMPİON.AZ” xəbər verir ki, müdafiəçi “Nitsa”ya icarəyə verilib.

19 yaşlı müdafiəçi mövsümün sonunadək Liqa1 təmsilçisinin şərəfini qoruyacaq. Anlaşmada Salibin sonradan transfer olunması hüququnun nitsalılara verilməsi nəzərdə tutulmayıb.

Qeyd edək ki, 2019-cu ilin yayında “Sent-Etyenn”dən 30 milyon avroya transfer olunan futbolçu cari mövsüm meydana çıxmayıb.