06.01.2021 14:11
458

İspaniya La Liqasının XVIII turunun “Osasuna” – “Real” oyunu təxirə salına bilər.
“CEMPİON.AZ” xəbər verir ki, buna səbəb hava şəraitinin pisləşməsidir.
İspaniyanın bir çox şəhərində güclü qar yağışı uçuşlara təsir edir. Hətta hər iki komanda son məşqlərini ləğv etmək məcburiyyətin qalıb. Matçın baş tutacağı gün də güclü qar yağması proqnozlaşdırılır.