bazar ertəsi, 25 avqust 2025

DÜNYA FUTBOLU

Mourinyo üçüncü mütəxəssisdir ki, ...

06.01.2021 14:46 Oxundu 448

İngiltərə Liqa Kubokunun yarımfinal mərhələsində “Brentford” üzərində 2:0 hesablı qələbə qazanan “Tottenhem” finala yüksəlib.

“CEMPİON.AZ” xəbər verir ki, London klubunun çalışdırıcısı Joze Mourinyo bu matçda rekord təkrarlayıb.

O, üç fərqli klubu İngiltərə Liqa Kubokunun finalına daşıyan 3-cü mütəxəssis kimi tarixə düşüb. Portuqaliyalı bundan əvvəl “Mançester Yunayted” və “Çelsi” ilə də eyni uğura imza atıb. Mourinyo bununla Ron Atkinson (“Mançester Yunayted”, “Şeffild Uensdi”, “Aston Villa”) və Ron Sondersin (“Norviç”, “Mançester Siti”, “Aston Villa”) göstəricisini təkrarlayıb.

Qeyd edək ki, digər yarımfinal cütündə bu gün “Mançester Siti” ilə “Mançester Yunayted” qarşılaşacaq.