bazar ertəsi, 25 avqust 2025

DÜNYA FUTBOLU

De Brüynenin maaşı azaldılır       

06.01.2021 16:21 Oxundu 422
                                                                                                                       
“Mançester Siti” futbolçusu Kevin de Brüyne ilə yeni müqavilə imzalamağa hazırlaşır.

“CEMPİON.AZ” “The Atletic”ə istinadən xəbər verir ki, yeni sözləşməyə əsasən, 29 yaşlı yarımmüdafiəçi əvvəlkindən daha az maaş alacaq. Bu isə “Barselona”nın kapitanı

Lionel Messinin mümkün transferi ilə əlaqədardır.  “Şəhərlilər” 33 yaşlı argentinalınının mövsümün sonunda keçidini reallaşdırmaq istədiyi üçün de Brüyneyə daha çox məvacib xərcləmək niyyətində deyil.

Qeyd edək ki, De Brüyne bu mövsüm Premyer Liqada 14 oyuna çıxaraq, 3 qol vurub və 8 qolun ötürməsini verib.