06.01.2021 19:41
410


İtaliyanın “Milan” klubunun iki futbolçusu koronavirusa yoluxub.
“CEMPİON.AZ” xəbər verir ki, hücumçu Ante Rebiç və yarımmüdafiəçi Rade Kruniçin testi müsbət nəticələnib.
Hər iki oyunçu A seriyasının XVI turunun “Yuventus”la bugünkü görüşündə iştirak etməyəcək. Heç bir simptomu olmayan futbolçular evdə təcrid olunub. Rebiç və Kruniç bu gün təkrar test verəcək. Digər oyunçuların təkrar testi mənfi nəticə verib.
Qeyd edək ki, “Milan”la “Yuventus” arasında oyun Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.