bazar ertəsi, 25 avqust 2025

DÜNYA FUTBOLU

“Mançester Siti” finalda

07.01.2021 09:18 Oxundu 422

 
İngiltərə Liqa kubokunda yarımfinal mərhələsi başa çatıb.

“CEMPİON.AZ” xəbər verir ki, ikinci oyun günündə Mançester derbisi baş tutub.

“Mançester Yunayted” finala vəsiqə uğrunda qarşılaşmada “Mançester Siti”ni qəbul edib. Görüşün taleyi ikinci hissədə həll olunub. 2 qol vuran qonaqlar qalib gələrək finala yüksəlib.

Beləliklə, bir gün əvvəl “Brentford”u 2:0 hesabı ilə məğlub edən “Tottenhem”in finalda rəqibi bəlli olub. London təmsilçisi aprelin 25-də “Uembli”də keçiriləcək həlledici matçda “Mançester Siti” ilə görüşəcək.

İngiltərə Liqa kuboku
Yarımfinal
6 yanvar
“Mançester Yunayted” – “Mançester Siti” – 0:2

Stounz, 50, Fernandinyo, 83