çərşənbə, 27 avqust 2025

DÜNYA FUTBOLU

Argentina Futbol Federasiyasında çalışacaq

07.01.2021 12:49 Oxundu 516


Argentina yığması və “Barselona”nın sabiq yarımmüdafiəçisi Xavyer Maskeranonun yeni iş yeri müəyyənləşib.

“CEMPİON.AZ” xəbər verir ki, o, Argentina Futbol Federasiyasında çalışacaq.

Bu barədə qurumun rəsmi saytı məlumat yayıb. 36 yaşlı keçmiş futbolçu milli komandalar üzrə strukturda çalışacaq. Maskeranonun metodologiya və inkişaf şöbəsindən məsul olacağı diqqətə çatdırılıb.

Qeyd edək ki, Argentina yığmasında 147 oyun keçirmiş Maskerano klub karyerasında “River Pleyt”, “Korintians”, “Vest Hem”, “Liverpul”, “Barselona”, “Hebey” və “Estudiantes”da çıxış edib.