bazar, 28 dekabr 2025

DÜNYA FUTBOLU

Kutrone Premyer Liqaya geri döndü

07.01.2021 15:51 Oxundu 486

İngiltərənin “Vulverhempton” klubu futbolçusu Patrik Kutroneni geri qaytarıb.

“CEMPİON.AZ” xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.

İcarə əsasında İtaliya “Fiorentina”sında çıxış edən hücumçu vaxtından əvvəl geri dönüb. Belə ki, Kutrone cari mövsümü Florensiya təmsilçisində keçirməli olan forvard “canavarlar”ın sırasına qayıdıb. Buna komandanın əsas hücumçusu Raul Ximenesin ciddi zədələnməsi səbəb olub.

Qeyd edək ki, Kutrone cari mövsüm A seriyasında 11 oyun keçirib.