çərşənbə, 27 avqust 2025

DÜNYA FUTBOLU

Simeone milliyə gedə bilər

07.01.2021 20:47 Oxundu 473

İspaniyanın “Atletiko” klubunun baş məşqçisi Dieqo Simeonenin adı yenidən Argentina millisi ilə birgə hallanır.

“CEMPİON.AZ” xəbər verir ki, Argentina Futbol Assosiasiyası bu variantı nəzərdən keçirməyə başlayıb.

Assosiasiya rəhbərliyi təcrübəli mütəxəssisi yığmanın sükanı arxasına gətirməyin yollarını axtarır. 51 yaşlı çalışdırıcı buna müsbət yanaşarsa, onunla rəsmi danışıqlara start veriləcək.

Qeyd edək ki, “Atletiko” Simeonenin rəhbərliyi altında 500-dən çox oyun keçirib. Onun klubla müqavilə müddəti 2022-ci ilin yayına qədərdir.