07.01.2021 17:58
455

Qış transfer çalışmalarını davam etdirən “Sumqayıt” yola salacağı ilk futbolçunu müəyyənləşdirib.
“CEMPİON.AZ” xəbər verir ki, “gənclik şəhəri” təmsilçisi Adəm Həmati ilə yollarını ayırmaq qərarına gəlib.
İranlı yarımmüdafiəçinin müqaviləsi davam etsə də, tərəflər buna xitam verilməsi yönündə danışıqları yekunlaşdırmaq üzrədir. Ötən ilin yayında İranın “Pars” klubundan gətirilən Həmati yaxın günlərdə “kimyaçılar”la vidalaşacaq. 26 yaşlı orta sahə oyunçusu bu mövsüm Premyer Liqada 12 matçda iştirak edib.
Qeyd edək ki, “Sumqayıt” dövrələrarası fasilədə hələlik yalnız müdafiəçi Cabir Əmirlini “Neftçi”dən icarəyə götürüb.