çərşənbə, 27 avqust 2025

DÜNYA FUTBOLU

Klopp Ramosu komandasında görmək istəyir

07.01.2021 19:51 Oxundu 436

Bu yay “Real”la müqaviləsi başa çatacaq kapitan Serxio Ramosla maraqlanan daha bir klubun adı məlum olub.

“CEMPİON.AZ” "El Chiringuito"ya istinadən xəbər verir ki, 34 yaşlı müdafiəçi "Liverpul"un maraq dairəsinə düşüb.

Yurgen Kloppun əsas müdafiəçilərinin zədələnməsinə görə təcrübəli futbolçunu komandasında görmək istədiyi bildirilib.

İspaniya millisinin də kapitanı olan Ramos 2005-ci ildən Madrid klubunda çıxış edir. "Real" Ramosla müqavilənin müddətini uzatmaqla bağlı razılığa gələ bilmir. Onun 1 yanvar tarixindən etibarən istənilən klubla danışıqlar aparmaq hüququ var. Futbolçunu "Mançester Siti" də heyətinə cəlb etmək istəyir.